Hindistanda dini festival zamanı izdiham: Ölənlər var

Dünya

29.06.2025 17:00

Hindistanın Odişa əyalətinin Puri şəhərində keçirilən "Caqannat Rat Yatra" festivalı zamanı yaranan izdiham nəticəsində 3 nəfər həyatını itirib, azı 50 nəfər yaralanıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Hindustan Times" məlumat yayıb.

Hadisə 1500-dən çox zəvvarın məbədin yaxınlığında toplanaraq bayramın başlanmasını gözlədiyi zaman baş verib.

Dini ayinlər üçün odun daşıyan iki yük maşınının məbədin ərazisinə daxil olması insanlarda panikaya səbəb olub. Nəticədə insanlar geri çəkilməyə, yıxılmağa başlayıb və izdiham yaranıb. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır.

Şahidlər bildiriblər ki, ərazidə insanların hərəkəti üçün aydın yollar və giriş-çıxışlar təşkil olunmayıb. Eyni zamanda, yük maşınlarının hərəkətinə nəzarət edilməyib.

Hadisədən sonra iki yüksək rütbəli Puri polisi araşdırma aparılanadək vəzifəsindən uzaqlaşdırılıb.

Türkan İsgəndərli

tag: Hindistan,Odişa,Bayram,Dİni,Todaypress.tv,