Hindistan XİN Rubio ilə Yaxın Şərq münaqişəsini müzakirə etdi
Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı apardığını bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində yazıb.
Bildirilib ki, tərəflər Yaxın Şərqdəki münaqişənin qlobal iqtisadiyyata təsirlərini və enerji təhlükəsizliyi problemlərini müzakirə ediblər:
"Müzakirələrimizin mərkəzində Qərbi Asiyadakı münaqişə və onun beynəlxalq iqtisadiyyata təsiri dayanırdı", - deyə Cayşankar qeyd edib və xüsusilə enerji təhlükəsizliyi məsələlərinin vurğulandığını bildirib.
Aysel Mətləb