Hindistan ABŞ ilə gərginləşir, Çinlə yaxınlaşır

Dünya

05.09.2025 14:27

Vaşinqtonun Rusiya neftinə görə tətbiq etdiyi tariflər Hindistan-ABŞ münasibətlərində gərginlik yaradıb.

Hindistanın Baş naziri Narendra Modinin Çin səfəri isə diqqət çəkib. 

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Enerji İnformasiya İdarəsi məlumat verib. 

Bildirilib ki, Ukrayna-Rusiya müharibəsindən sonra Hindistan Moskvadan endirimli neft alaraq idxalını 1%-dən 36%-ə qaldırıb. ABŞ Prezidenti Donald Tramp buna cavab olaraq Hindistanın tekstil, zinət əşyası və krevet ixracına 50% vergi qoyub. İqtisadçılar bu addımın Hindistan iqtisadiyyatına 35-38 milyard dollar zərər vuracağını hesablayıb. 

Hindistanın Neft və Qaz naziri Hardeep Sinq Puri isə ölkəsinin beynəlxalq qaydaları pozmadığını, Rusiyadan alınan neftin “G7” mexanizmi ilə uyğun olduğunu bildirib. 

Digər tərəfdən, Modi 7 ildən sonra Çinə səfər edərək, Si Cinpinlə görüşündə Hindistan və Çinin “rəqib deyil, tərəfdaş” olduğunu vurğulayıb. Səfər çərçivəsində ticarət, sərhəd təhlükəsizliyi və nəqliyyat sahələrində mühüm razılaşmalar imzalanıb. 

Aysel Mətləb

TodayPress TV

tag: Vaşinqton,Rusiya,Çin,Hindistan,Todaypress.tv,