Ağ Ev: Rusiya-Ukrayna danışıqları Trampın nəaliyyətidir

Dünya

24.07.2025 09:59

Rusiya və Ukrayna uzun fasilədən sonra birbaşa danışıqlara başlayıb və bu proses ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə mümkün olub.  

TodayPress TV xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin müavini Anna Kelli “The Wall Street Journal” nəşrinə açıqlamasında bildirib. 

"Rusiya və Ukrayna prezident Trampın rəhbərliyi sayəsində uzun illərdən sonra ilk dəfə birbaşa danışıqlar aparır”, - deyə Kelli vurğulayıb. 

Xatırladaq ki, iyulun 23-də İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında birbaşa danışıqların üçüncü raundu keçirilib. Görüşdən əvvəl Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski və Ukrayna nümayəndə heyətinə rəhbərlik edən Rustem Umerov arasında təkbətək görüş baş tutub. 

Danışıqlar İstanbulun Çırağan sarayında baş tutub və təxminən 40 dəqiqə davam edib. Tərəflər görüş zamanı hərbi və mülki şəxslərin mübadiləsi ilə bağlı ilkin razılığa gəliblər. 

Aysel Mətləb

tag: Rusiya ,Ukrayna, Donald Tramp,İstanbul,Todaypress.tv,