Həqiqi güllə ata bilən oyuncaq tapança istehsal edildi: 16 mini geri alındı

Dünya

24.07.2025 13:42

Yaponiyada təxminən 16 min ədəd plastik oyuncaq tapançanın əsl patronlarla atəş aça biləcək potensiala malik olduğu müəyyən edildikdən sonra ölkədə fövqəladə vəziyyət rejimi tətbiq olunub.

TodayPress TV xəbər verir ki, bu barədə "Oddity Central" məlumat yayıb.

Həmin tapançalar ölkə üzrə müxtəlif əyləncə obyektlərində oyuncaq kimi təqdim olunaraq hədiyyə qismində yayılıb.

Yaponiyanın Milli Polis Agentliyi (NPA) bu oyuncaqların əslində qanunsuz odlu silah ola biləcəyinə dair rəsmi xəbərdarlıq yayıb. Aparılan texniki ekspertiza nəticəsində məlum olub ki, Çin istehsalı olan bu tapançalar "zərərsiz oyuncaq" adı altında ölkəyə gətirilsə də, onların konstruksiyası real döyüş sursatı ilə atəş açmağa imkan verir.

Bu cür oyuncaq tapançaya sahib olmaq Yaponiyada Qılınc və Odlu Silahların Nəzarəti Haqqında Qanunu pozmaq anlamına gəlir. Hakimiyyət orqanları vətəndaşları bu tip əşyaları aşkar etdikləri halda dərhal yaxınlıqdakı polis bölməsinə məlumat verməyə çağırır.

Polis xəbərdarlıq edib ki, bu tapançalardan istifadə ağır xəsarətlərə səbəb ola bilər. Bundan əlavə, keyfiyyətsiz materiallardan hazırlandığı üçün atəş zamanı həmin tapançanın partlayaraq istifadəçiyə ciddi zərər yetirməsi də mümkündür.

Töhfə Səməd

tag: Yaponiya,Silah,Atəş,NPA,Todaypress.tv,