Gürcüstanın 9 ayda turizmdən gəlirləri 6 milyard laridən çox olub
Dünya
30.10.2025 12:43
Cari ilin üçüncü rübündə Gürcüstanı 3 milyon turist ziyarət edib. Ölkənin turizmdən gəlirləri 6,2 milyard lari olub.
TodayPress TV xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.
Məlumata görə, 2025-ci ilin üçüncü rübündə ölkəyə gələn beynəlxalq ziyarətçilərin sayı 2,5 milyon nəfər olub, bu da 2024-cü ilin analoji göstəricisindən 6,8 faiz çoxdur. Onlardan 2,2 milyonu turist kimi qeydə alınıb və bu rəqəm illik müqayisədə 7,6 faiz çoxdur. Ümumilikdə, 2 milyon turist xarakterli səfər həyata keçirilib ki, bu da illik müqayisədə 9 faiz çoxdur.
2025-ci ilin üçüncü rübündə Gürcüstana səfər edənlər içərisində ruslar çoxluq təşkil ediblər.
Hesabat dövrü ərzində beynəlxalq ziyarətçilərin Gürcüstanda xərcləri 6,2 milyard lariyə çatıb. Bu da illik müqayisədə 8.6 faiz çoxdur.
tag: Cari il,Gürcüstan,Turist,Turizm,Todaypress.tv,
