Eyfel qülləsinin zirvəsi turistlər üçün bağlandı

Dünya

01.07.2025 14:52

Fransanın ən məşhur turistik məkanlarından biri olan Eyfel qülləsinin zirvəsi anormal istilər səbəbindən iyulun 1-i və 2-də ziyarətçilər üçün bağlı olacaq. 

TodayPress TV xəbər verir ki, bu barədə “Landmark Paris” məlumat yayıb.

Məlumata görə, ekstremal hava şəraiti fonunda qüllənin rəhbərliyi ziyarətçilərin və əməkdaşların təhlükəsizliyini və rahatlığını təmin etmək məqsədilə bu qərarı verib:

“Mövcud anomal istilər səbəbindən Eyfel qülləsi ziyarətçilərin və işçilərin rahatlığını və təhlükəsizliyini təmin etmək üçün tədbirlər görür. 2-ci və 1-ci mərtəbələrə səfərlər hələ də mümkündür”, – deyə açıqlamada qeyd olunub.

Qeyd edək ki, Parisdə havanın temperaturu son günlərdə 40°C-yə yaxınlaşıb. Bu, həm metal konstruksiyanın qızması, həm də yüksək hündürlükdə oksigen səviyyəsinin azalması baxımından risk yaradır.

Nicat Osman

tag: Fransa,Paris,Eyfel,Qüllə,Todaypress.tv,