Ərdoğan və Tramp İsrail–İran gərginliyini müzakirə etdilər

Dünya

15.06.2025 21:45

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla ikinci dəfə telefon danışığı apararaq İsrail və İran arasında artan gərginliyi müzakirə edib. 

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Telefon danışığı zamanı Ərdoğan ABŞ prezidentinin regionda sülhün təmin olunması və münaqişəyə son qoyulması ilə bağlı son bəyanatlarını alqışlayıb. O, bölgəni alova bürüyə biləcək fəlakətin qarşısının alınması üçün təcili diplomatik addımların vacibliyini vurğulayıb.

Ərdoğan həmçinin qeyd edib ki, İsrailin İrana hücumları ilə başlayan zorakılıq spiralı hər iki tərəfə geri dönməz iqtisadi və mülki ziyan vurub. O, bu təhlükəli tendensiyanın qarşısının alınmasının vacib olduğunu vurğulayıb.

Qeyd edək ki, liderlər arasında ilk telefon danışığı iyunun 14-də baş tutub. 

Türkan İsgəndərli

tag: Ərdoğan,Tramp,İran,İsrail,Todaypress.tv,