Ərdoğan: "Türkiyə etibarlı şəxslərin rəhbərliyi altında tam təhlükəsiz vəziyyətdədir"
Dünya
30.08.2025 15:10
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və protokol üzvləri Anıtqəbirə ziyarətləri çərçivəsində Misakı Milli Qülləsinə gediblər.
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Ərdoğan burada Anıtqəbir Xüsusi Dəftərini imzalayıb və aşağıdakı sözləri yazıb:
“Əziz Atatürk, bu gün biz millət olaraq Böyük Zəfərin 103-cü ildönümünü bir daha qürurla qeyd edirik. Anadolu torpağını əbədi və əzəli vətənimiz kimi təsdiqlədiyimiz Böyük Zəfərin qazanılmasına səbəb olan Siz və silahdaşlarınızı, qəhrəman şəhid və qazilərimizi rəhmətlə yad edirik. Hədəfləri şər olanlar bundan yüz il əvvəl olduğu kimi, bu gün də sakit dayanmır, gizli niyyətlər güdürlər. Coğrafiyamızı qarşıdurmaya sürükləmək planlarına qarşı dövlətimiz öz təhlükəsizliyi və vətəndaşlarının rahatlığı üçün hər cür tədbiri görür. Sizdən bizə əmanət olan Türkiyə Respublikası etibarlı və səriştəli şəxslərin rəhbərliyi altında tam təhlükəsizlik içindədir. Ruhunuz şad olsun”.
Töhfə Səməd
tag: Ərdoğan,çıxış,Türkiyə,Anıtqəbir,Todaypress.tv,