Rusiya və Türkiyə 2026-cı ildə yeni iqtisadi iclas keçirəcək
Dünya
27.06.2025 13:40
Rusiya və Türkiyə 2026-cı ildə Rusiya ərazisində ticarət, investisiyalar və regional əməkdaşlıq üzrə altıncı işçi qrup iclasını keçirməyə razılıq veriblər.
TodayPress TV xəbər verir ki, bu barədə "TASS"ın əldə etdiyi Rusiya-Türkiyə Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının iclas protokolunda qeyd olunub.
Tərəflər "e-ticarət"də artan meyllərin əhəmiyyətini də vurğulayıb və bu sahədə əməkdaşlığı genişləndirmək məqsədilə işçi qrup çərçivəsində xüsusi "e-ticarət" altqrupunun yaradılması barədə razılığa gəliblər. Protokola əsasən, altqrupun ilk iclasının 2025-ci ildə keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Rusiya-Türkiyə Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 19-cu iclası 2025-ci il iyunun 27-də Moskvada baş tutub.
Töhfə Səməd
tag: Rusiya ,Türkiyə,Ticarət,İqtisadi ,Todaypress.tv,