Ərdoğan Rusiya-Ukrayna münaqişəsinə Türkiyədə son qoyulacağına ümid edir
Dünya
28.07.2025 18:54
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Ukrayna ilə bağlı liderlərin görüşünə ev sahibliyi etməyə hazır olduğunu bir daha bəyan edib.
TodayPress TV "TRT Haber"ə istinadən xəbər verir ki, o, həmçinin Türkiyədə danışıqlar masası arxasında Ukrayna münaqişəsinə son qoyacaq sülh sazişlərinin əldə olunacağına ümid etdiyini bildirib.
“Hesab edirik ki, bu müharibə artıq bitməlidir. Biz həmişə liderlər səviyyəsində görüş keçirməyə hazırıq. İstanbulda Ukrayna üzrə danışıqlar masası qurulduğu kimi, yaxın gələcəkdə Türkiyədə də sülh masası qurulacaq ki, bu da bu qanlı müharibəyə son qoyacaq”, - Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib.
Qeyd edək ki, iyulun 23-də İstanbulda Ukrayna nizamlanması üzrə birbaşa Rusiya-Ukrayna danışıqlarının üçüncü raundu keçirilib.
Nicat Osman
tag: Ukrayna,Rusiya,Ərdoğan,Müharibə,Todaypress.tv,