Əraqçi AEBA rəhbəri ilə görüşəcək

Dünya

09.09.2025 10:51

İranın xarici işlər naziri Abbas Əraqçi yaxın günlərdə Misirə səfər edəcək.

TodayPress TV xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi məlumat verib.

Belə ki, o, burada Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossi ilə görüş keçirəcək. 

Bəqayinin sözlərinə görə, görüş zamanı İran ilə AEBA arasında yeni qarşılıqlı fəaliyyətin çərçivəsi və bu sahədə atılacaq addımlar müzakirə olunacaq.

Bu görüş, ABŞ və İsrailin İranın nüvə obyektlərinə endirdiyi son zərbələrdən, habelə Tehranın AEBA ilə əməkdaşlıq səviyyəsini aşağı salmaq qərarından sonra keçirilir.

Xatırladaq ki, İran Prezidenti Məsud Pezeşkian iyulun 2-də AEBA ilə əməkdaşlığı dayandıran qanunun icrasına dair fərman imzalayıb. Bu qərardan sonra agentliyin müfəttişləri ölkəni tərk edib. 

Türkan İsgəndərli

TodayPress TV

tag: İran,AEBA,Əraqçi,Görüş,Todaypress.tv,