ABŞ neft qaçaqmalçılığı şəbəkəsinə qarşı sanksiyalar tətbiq edir
Dünya
22.07.2025 20:35
ABŞ Maliyyə Nazirliyi neft məhsullarının qaçaqmalçılığı və husilər üçün çirkli pulların yuyulması ilə məşğul olan iki fiziki və beş hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.
TodayPress TV “The Times of Israel”ə istinadən xəbər verir ki, məhdudiyyətlər Yəmən və BƏƏ-də fəaliyyət göstərən şirkət və şəxslərə şamil edilib.
Qurumun məlumatına görə, məhdudiyyətlərə məruz qalan qurumlar husilərə gəlir və beynəlxalq maliyyə sisteminə çıxış təmin edən neft məhsullarının ən böyük idxalçıları sırasındadır.
“Husilər neft idxalından böyük gəlirlər əldə etmək və onların terror fəaliyyətlərini dəstəkləmək üçün şəxsi maraqları olan iş adamları ilə əməkdaşlıq edirlər. Bu kölgə şəbəkələri husi terror maşınının əsasını təşkil edir. ABŞ Maliyyə Nazirliyi bu cür sxemləri dayandırmaq üçün bütün mövcud vasitələrdən istifadə etməyə davam edəcək”, - ABŞ maliyyə nazirinin müavini Maykl Folkender bildirib.
tag: ABŞ,Sanskiya,Maliyyə,Qalmaqal,Todaypress.tv,