Dünyada ən bahalı və ən ucuz məhsulların adları açıqlandı

Dünya

01.11.2025 18:15

Bu ilin oktyabr ayında dünyada ən çox bahalaşan məhsul kobalt, ən çox ucuzlaşan isə portağal şirəsi olub.

TodayPress TV xəbər verir ki, bu barədə Şanxay Metal Birjası (Çin) məlumat yayıb.

Polad istehsalı və elektrik akkumulyatorlarının hazırlanmasında geniş istifadə olunan kobaltın qiyməti oktyabr ayında 28,5 faiz artıb. Metallar arasında həmçinin palladium 15,8, litium isə 9,5 faiz bahalaşıb.

Kənd təsərrüfatı məhsulları arasında ən çox bahalaşanlar soya (8,2 faiz), həmçinin robusta (7,3 faiz) və ərəb növü (3,8 faiz) qəhvə olub.

Enerji məhsulları siyahısında isə oktyabr ayında ən çox bahalaşan ABŞ-də təbii qaz olub, qiymət 19,4 faiz artıb. İlk üçlükdə həmçinin dizel yanacağı (7,6 faiz) və mazut (6,9 faiz) yer alıb.

Ən çox ucuzlaşan məhsul isə portağal şirəsi olub, onun qiyməti ay ərzində 23,3 faiz azalıb. Bundan başqa, donuz əti (-18 faiz) və neodim (-13,4 faiz) də xeyli ucuzlaşıb.

TodayPress TV

tag: Məhsul,Bahalaşma,Ucuz,Məmulat,Todaypress.tv,