Çində internet istifadəçilərinin sayı 1.12 milyardı keçdi
Dünya
21.07.2025 18:30
Çində internet istifadəçilərinin sayı 2025-ci ilin iyun ayına olan məlumata görə 1.12 milyard nəfəri ötüb.
TodayPress TV xəbər verir ki, bu barədə Çin İnternet Şəbəkə Məlumatları Mərkəzinin (CNNIC) yeni hesabatında bildirilir.
Hesabatda qeyd olunur ki, ölkədə internetə çıxış səviyyəsi 79.7 faizə çatıb ki, bu da 2024-cü ilin dekabrı ilə müqayisədə 1.1 faiz bəndi artım deməkdir.
14-cü Beşillik İnkişaf Planı (2021–2025) dövründə Çin internet infrastrukturunun genişləndirilməsi sahəsində ciddi irəliləyiş əldə edib. Xüsusilə yaşlılar və kənd əhalisi kimi əsas sosial qrupların rəqəmsal imkanlara çıxışı nəzərəçarpacaq dərəcədə yaxşılaşıb.
2025-ci ilin iyununa olan statistikaya əsasən, ölkədə 60 yaş və yuxarı 161 milyon internet istifadəçisi, kənd yerlərində isə 322 milyon istifadəçi qeydə alınıb. İnternetə çıxış bu qruplar üzrə müvafiq olaraq 52 və 69.2 faiz təşkil edir.
Hesabatda vurğulanır ki, internetin davamlı inkişafı Çinin mədəniyyət ixracında da mühüm rol oynayır – xüsusilə Çin onlayn ədəbiyyatının və kompüter oyunlarının yayılması, populyar internet serialları ilə əlaqəli turizm istiqamətlərinin canlanması bu tendensiyanı gücləndirib.
Qiymət Mahir
tag: Çin,İnternet,Beşillik İnkişaf Planı,İKT,Todaypress.tv,