Almaniya Ukraynaya "Patriot" göndərdi

Dünya

26.07.2025 16:55

Almaniya artıq Ukraynaya üç “Patriot” hava hücumundan müdafiə sistemi göndərib və gələcək tədarüklər barədə ABŞ ilə arsenallarını artırmaq üçün müzakirələr aparır. 

TodayPress TV xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb.

Məqalədə qeyd olunur ki, Vaşinqtonun Avropa ölkələri vasitəsilə Kiyevə silah tədarükü planına radar və elektron əks-tədbir sistemləri, pilotsuz uçan aparatları və artilleriya da daxil ola bilər.

İyulun 14-də ABŞ prezidenti Donald Tramp Ukraynanı yeni silah və texnika, o cümlədən “Patriot” hava hücumundan müdafiə sistemləri ilə təmin edəcəyinə söz verib. O, sistemlərin dəqiq sayını açıqlamasa da, Avropa İttifaqının bu sistemlərin dəyərini ABŞ-yə ödəməli olduğunu vurğulayıb.

Bununla bağlı Almaniyanın müdafiə naziri Boris Pistorius isə Avropa ölkələrini “cüzdanlarını açmağa” və Ukrayna üçün ABŞ silahları almaq məqsədilə tez vəsait toplamağa çağırıb.

Türkan İsgəndərli

tag: Almaniya,Ukrayna,Yardım,Hərbi,todaypress.tv,