Çin: Rusiya və ABŞ münasibətlərinin yaxşılaşmasını alqışlayırıq
Dünya
29.07.2025 11:55
Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Quo Jiakun Rusiya prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp arasında Pekində mümkün görüşü şərh edərək bildirib ki, Pekin Moskva ilə Vaşinqton arasında münasibətlərin yaxşılaşmasını alqışlayır.
TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
“Çin Rusiya ilə ABŞ arasında münasibətlərin yaxşılaşdırılmasını və bu əlaqələrin qlobal sülh və sabitliyə töhfəsini alqışlayacaq", - deyə Çin diplomatı qeyd edib.
Qeyd edək ki, iyulun 22-də Donald Tramp yaxın gələcəkdə Çinə səfər etməyi planlaşdırdığını açıqlayıb.
Bundan əvvəl Britaniyanın “The Times” qəzeti yazıb ki, Tramp, Putin və Çin lideri Si Cinpin arasında sentyabrın əvvəlində, İkinci Dünya Müharibəsinin başa çatmasının 80-ci ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində Çində üçtərəfli görüş keçirilə bilər. Qəzet qeyd edib ki, Çin ictimaiyyətində belə bir zirvə görüşünün təşkili üçün çağırışlar səslənir.
Türkan İsgəndərli
tag: Çin,ABŞ,Rusiya,Ukrayna,Todaypress.tv,