Bolqarıstan Aİ ölkələrinə yanacaq ixracını məhdudlaşdıracaq

Dünya

31.10.2025 23:30

Bolqarıstan parlamentinin üzvləri neft məhsullarının, əsasən dizel və aviasiya yanacağının Avropa İttifaqı (Aİ) ölkələrinə ixracına müvəqqəti qadağa qoyulmasına səs veriblər.

TodayPress TV-nin məlumatına görə, bu barədə Bolqarıstanın "BTA" agentliyi xəbər yayıb.

Məlumata əsasən, bu təşəbbüsü 135 parlamentari dəstəkləyib, dörd nəfər əleyhinə səs verib, 42 deputat isə bitərəf qalıb.

Bildirilib ki, GERB, "Yeni Başlanğıc", "Belə Bir Xalq Var" və "Birləşmiş Sol" partiyalarının nümayəndələri neft məhsullarının ixracına müvəqqəti məhdudiyyət təklif ediblər.

Parlament əksəriyyətinin fikrincə, bu tədbir ölkənin enerji təhlükəsizliyini və daxili yanacaq bazarının sabitliyini təmin etmək, eləcə də ABŞ-ın Bolqarıstandakı yeganə neft emalı zavoduna sahib olan Rusiyanın "LUKOYL" şirkətinə qarşı tətbiq etdiyi sanksiyalar nəzərə alınmaqla zəruridir.

TodayPress TV

tag: Bolqarıstan, Avropa İttifaqı, GERB, Neft, todaypress.tv,