Çin nadir metalların ixracını gecikdirir

Çin nadir metalların ixracını gecikdirir
19.05.2025 02:30 Dünya

Çində nadir torpaq metallarının ixracı üçün lisenziyaların gecikdirilməsi qırıcı təyyarələr və elektromobillər üçün vacib komponentlərin tədarükünü təhlükə altına salıb. 

TodayPress TV xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Pekin artıq nadir elementlərin ixracına nəzarəti sərtləşdirib. Məlumata görə, bu addım Çin və ABŞ arasında ticarət gərginliyinin növbəti mərhələsi kimi qiymətləndirilir.

Qeyd olunub ki, Çin Ticarət Nazirliyi Avropaya ixrac üçün bəzi lisenziyaları təsdiqləsə də, prosesin tempi bazarın tələbatını qarşılamaq üçün kifayət deyil.

Qiymət Mahir

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər