Çin ABŞ və Britaniya gəmilərini təxribatda ittiham etdi

Dünya

13.09.2025 07:44

Çin ABŞ və Böyük Britaniya donanmalarının Tayvan boğazında təxribat xarakterli hərəkətlərini müəyyən edib.

TodayPress TV-nin xəbərinə görə, bunu Çin Xalq Azadlıq Ordusunun (AXO) şərq bölgəsi üzrə döyüş komandanlığının rəsmi nümayəndəsi polkovnik Şi İ deyib.

O, Çin hərbi dairəsinin WeChat səhifəsində məlumat verib ki, cümə günü Amerikanın USS Higgins esminesi və Britaniyanın HMS Richmond freqatı qeyd olunan sulardan keçib. Şi İnin sözlərinə görə, bunlar narahatlıq yaradan təxribatçı hərəkətlərdir.

Polkovnik əlavə edib ki, şərq bölgəsi üzrə döyüş komandanlığı bu gəmilərin hərəkətini izləmək üçün dəniz və hava qüvvələrini səfərbər edib və vəziyyətə effektiv cavab verildiyini qeyd edib:

"ABŞ və Böyük Britaniya bu cür hərəkətlərlə Taypeydəki separatçı qüvvələrə səhv siqnallar göndərərək, Tayvan boğazında sülh və sabitliyi pozur", - Şi İ vurğulayıb.

TodayPress TV

tag: Çin, ABŞ, Böyük Britaniya, Tayvan, Təxribat, todaypress.tv,