Cənubi Koreyada onlayn alış-veriş artdı
Dünya
01.08.2025 19:00
Cənubi Koreyada onlayn alış-veriş həcmi 2025-ci ilin iyun ayında ötən ilin eyni dövrü ilə müqayisədə 1.8 faiz artaraq 21.90 trilyon von (təxminən 15.6 milyard ABŞ dolları) təşkil edib.
TodayPress TV xəbər verir ki, bu barədə məlumatı “Statistics Korea” statistika qurumu yayıb.
Artım əsasən ərzaq məhsullarına və çatdırılma xidmətlərinə olan tələblə izah olunur.
Məlumata görə, onlayn qida və içki satışları 11 faiz, kənd təsərrüfatı, heyvandarlıq və balıqçılıq məhsullarının onlayn ticarəti isə 13.5 faiz artıb. Yemək çatdırılması və kosmetik məhsullara sifarişlərdə də iki rəqəmli artım qeydə alınıb. Lakin geyim, gündəlik tələbat malları və avtomobil aksessuarlarının satışı daha zəif artım – birrəqəmli faizlərlə müşahidə olunub.
Elektron kuponlar vasitəsilə edilən alış-verişdə isə ciddi azalma qeydə alınıb – 52.2 faiz. Mütəxəssislər bunu qəhvə, tort kimi hədiyyələrin e-kuponlarla göndərilməsinə olan marağın azalması ilə izah edir. Kompüter texnikası və mədəni-istirahət xidmətlərinə olan tələbatda da iki rəqəmli azalma baş verib.
Mobil cihazlar – smartfon, planşet və digər qurğular vasitəsilə alış-veriş ötən ilin iyun ayı ilə müqayisədə 4.6 faiz artaraq 17.03 trilyon vona (təxminən 12.2 milyard dollar) çatıb və ümumi onlayn satışların 77.8 faizini təşkil edib.
Qiymət Mahir
tag: Cənubi Koreya,ABŞ,Onlayn alış-veriş,Məhsul,Todaypress.tv,