Britaniyanın xarici işlər naziri Türkiyəyə səfər edəcək

Dünya

29.06.2025 15:02

Türkiyənin xarici işlər naziri Hakan Fidan, britaniyalı həmkarı Devid Lammi ilə Yaxın Şərq, Ukrayna, İran və Suriya məsələlərini müzakirə etməyi planlaşdırır. 

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə "TASS"a məlumat verib.

Bildirilib ki, Devid Lammi iyunun 30-da Türkiyəyə ilk rəsmi səfərini edəcək. Görüş zamanı Hakan Fidan Fələstin probleminin daimi həllinin bölgədə sülh və sabitlik üçün vacib olduğunu qeyd edəcək. 

Nazir Ukrayna ilə Rusiya arasında müharibənin diplomatik yollarla başa çatmasının və ədalətli, davamlı sülhün qurulmasının vacibliyini də vurğulayacaq.

Görüşdə Suriya məsələsi də müzakirə olunacaq. Fidan Suriyanın bərpası üçün sanksiyaların aradan qaldırılmasının vacibliyini önə çəkəcək.

Tərəflər, həmçinin Avropa təhlükəsizliyi və müdafiə sahəsində əməkdaşlıq, eləcə də ticarət və müdafiə sənayesi üzrə əlaqələrin gücləndirilməsi mövzusunda fikir mübadiləsi aparacaqlar.

Türkan İsgəndərli

tag: Britaniya,Türkiyə,XİN,Fidan,Todaypress.tv,