Britaniyanın xarici işlər naziri Kiyevə səfər edəcək

Dünya

12.09.2025 10:51

Böyük Britaniyanın yeni xarici işlər naziri İvet Kuper ilk xarici səfəri çərçivəsində sentyabrın 12-si Kiyevə gedəcək.

TodayPress TV xəbər verir ki, bu səfər zamanı Britaniya Ukraynaya 142 milyon funt sterlinq (192.75 milyon ABŞ dolları) dəyərində qış dəstəyi paketi ilə bağlı öhdəliyini bir daha təsdiqləyəcək.

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna müttəfiqlərinə pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizə sahəsində məsləhət verməyə hazırdır.

Hökumətin verdiyi məlumata görə, Kuper səfər zamanı Zelenski və yüksək vəzifəli Ukrayna rəsmiləri ilə görüşəcək. Eyni zamanda isə Rusiyanın təcavüzünə qarşı müdafiədə Britaniyanın Ukraynaya dəstəyini bir daha təsdiqləyəcək.

"Ukraynanın təhlükəsizliyi Birləşmiş Krallığın təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyır", - deyə o, bəyanatında bildirib.

Qeyd edək ki, onun bu səfəri Rusiya pilotsuz uçuş aparatlarının Polşanın hava məkanına daxil olmasından sonra artan gərginlik fonunda baş tutur.

Həmçinin Britaniya sentyabrın 10-u Ukrayna istehsalı olan müdafiə dronlarının kütləvi istehsalına başlamaq planlarını elan edib. Bu addım Rusiya raket və dron hücumlarına qarşı mübarizənin bir hissəsi olaraq, həm də Böyük Britaniya və Ukrayna arasında birgə müdafiə istehsalı təşəbbüsünün tərkib hissəsidir.

Aysel Mətləb

TodayPress TV

tag: İvet Kuper,Britaniya,Kiyev,Səfər,Todaypress.tv,