Britaniyada seçki sisteminə dəyişiklik edildi
Dünya
17.07.2025 15:46
Britaniya hökuməti ölkədə seçki hüququ yaşının 18-dən 16-ya endiriləcəyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu dəyişiklik bütün seçkilərə, o cümlədən parlament seçkilərinə də şamil ediləcək.
Yeni qanunvericilik dəyişikliyi qüvvəyə mindikdən sonra 16 yaşını tamamlayan vətəndaşlar artıq növbəti parlament seçkilərində səsvermə hüququ əldə edəcəklər.
Yenilənmiş seçki sistemi ilə əlaqədar digər dəyişikliklər də nəzərdə tutulur. Məsələn, bundan sonra seçicilər şəxsiyyətlərini britaniyalı bank kartı ilə də təsdiqləyə biləcəklər. Həmçinin, xarici təsirlərin qarşısını almaq məqsədilə siyasi ianələrlə bağlı qaydalar daha da sərtləşdiriləcək.
"BBC"nin məlumatına görə, hazırda 16 yaşlı vətəndaşlar Şotlandiya və Uelsdə yerli seçkilərdə səs verə bilirlər. Lakin bu yeni təşəbbüs, 1969-cu ildən – seçki yaşının 21-dən 18-ə endirilməsindən sonra – Britaniyanın seçici bazasında ən böyük dəyişiklik olacaq.
Töhfə Səməd
tag: Britaniya ,Hökumət,Seçki,Hüquq,Todaypress.tv,