İranda məhkəmə binasına silahlı hücum nəticəsində 6 nəfər öldü, 22 nəfər yaralandı - YENİLƏNDİ 2

Dünya

26.07.2025 14:20

İranın Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərində məhkəmə binasına silahlı hücum nəticəsində ölənlərin sayı 6-ya çatıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Tasnim news” agentliyi məlumat yayıb.

Bundan başqa, 22 nəfərin yaralandığı bildirilir.

Həlak olan və yaralananların əksəriyyəti mülki şəxslərdir, onların arasında bir qadın və bir uşaq da var.

***

12:40

İranın Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərində məhkəmə binasına silahlı hücum zamanı 5 nəfər həlak olub, 13 nəfər yaralanıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Tasnim News” agentliyi xəbər yayıb.

***

11:15

Naməlum silahlı şəxslər İranın Sistan-Bəlucistan bölgəsinin Zahidan şəhərində yerləşən məhkəmə binasına hücum ediblər.

TodayPress TV bu barədə İran mediasına istinadən xəbər verir.

Bildirilib ki, hadisə yerinə təhlükəsizlik qüvvələri və təcili tibbi yardım maşınları cəlb olunub.

tag: İran,Məhkəmə,Hücum,Silahlı şəxs,Todaypress.tv,