Britaniya və Türkiyə arasında qırıcı təyyarələrlə bağlı ilkin razılaşma əldə olundu

Dünya

23.07.2025 16:52

Böyük Britaniya və Türkiyə Almaniyanın razılığından sonra 40 ədəd “Eurofighter Typhoon” döyüş təyyarəsinin alınması ilə bağlı ilkin saziş imzalayıb.

TodayPress TV xəbər verir ki, bu barədə “RBK-Ukrayna” məlumat yayıb.

Bildirilib ki, Almaniyanın Təhlükəsizlik Şurası bu qırıcıların satışına müsbət qərar verdikdən sonra tərəflər arasında razılıq əldə olunub.

Mənbənin sözlərinə görə, Türkiyə bu təyyarələrdən yalnız NATO çərçivəsində, yəni alyansın başqa üzvünə qarşı olmayaraq istifadə olunacağına dair təminat verib.

Qeyd olunub ki, çoxmilyardlıq müdafiə sazişi Ankara ilə NATO müttəfiqləri arasında siyasi gərginliklər səbəbilə uzun müddət təxirə salınıb.

Xatırladaq ki, Almaniya daha əvvəl bu satışa Türkiyə ilə Yunanıstan arasındakı gərginlik səbəbindən veto qoymuşdu.

“Eurofighter Typhoon” haqqında

“Eurofighter Typhoon” – dördüncü nəsil çoxməqsədli qırıcı təyyarədir. Onun istehsalına 1983-cü ildə Gələcək Avropa Qırıcı Təyyarəsi (FEFA) proqramı çərçivəsində başlanılıb.

Hazırda bu təyyarələr Böyük Britaniya, Almaniya, İtaliya və Səudiyyə Ərəbistanı tərəfindən istifadə olunur.

Töhfə Səməd

tag: Böyük Britaniya,Türkiyə,Almaniya,Eurofighter Typhoon,Todaypress.tv,