Britaniya Ukraynaya yüzlərlə raket təhvil verdi

Britaniya Ukraynaya yüzlərlə raket təhvil verdi
10.10.2025 18:30 Dünya

Ukraynaya planlaşdırılan müddətdən beş ay əvvəl yüzlərlə hava hücumundan müdafiə (HHM) raketi çatdırılıb.

TodayPress TV bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, Britaniyanın müdafiə hazırlığı və sənayesi üzrə naziri Lyuk Pollard bu həftə Ukraynaya hərbi dəstəyin artırılması məqsədilə Kiyevə səfər edən ticarət nümayəndə heyətinə rəhbərlik edib.

Qeyd olunub ki, raketlər Belfast şəhərindəki (Şimali İrlandiya) müəssisədə istehsal edilib və Britaniyanın hərbi yardım proqramı çərçivəsində təhvil verilib. Söhbət Ukraynanın 2022-ci ilin fevralında müharibənin başlanğıcından bəri öz hava məkanının müdafiəsi üçün istifadə etdiyi yüngül çoxməqsədli raketlərdən (LMM) gedir.

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər