Britaniya parlamenti Qəzza sakinləri üçün viza proqramı tələb edir
Dünya
01.07.2025 09:53
Böyük Britaniyada parlamentin onlarla üzvü Baş nazir Kir Starmeri və daxili işlər naziri İvett Kuperi Qəzza zolağında yaşayan və Britaniyada yaxın qohumları olan fələstinlilər üçün Ukrayna modelinə bənzər təxliyə və viza proqramı yaratmağa çağırıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
Nəşrin yazdığına görə, parlamentin bütün siyasi spektrindən olan 67 deputat və lord Baş nazirə müraciət edərək “Qəzza ailə dəstəyi proqramı” adlanan təşəbbüsü formalaşdırmağı tələb edib. Məqsəd bölgədə təhlükəsizlik bərpa olunana qədər fələstinli ailələri Britaniyada müvəqqəti bir araya gətirməkdir.
“Ukraynadan və Honqkonqdan təqiblərdən qaçan insanlara qapılarını açan Britaniya, eyni səxavəti fələstinli ailələrə də göstərməlidir”, – deyə müraciətdə qeyd olunur.
Qiymət Mahir
tag: Ukrayna,Qəzza,Britaniya,Kir Starmer,Todaypress.tv,