Britaniya ilk dəfə hərbi hücum ehtimalına hazırlaşır

Dünya

25.06.2025 10:49

Böyük Britaniya hökuməti ölkə ərazisinə mümkün hərbi hücuma qarşı hazır olmalıdır.

TodayPress TV xəbər verir ki, bu barədə “The Guardian” yenilənmiş milli təhlükəsizlik strategiyasına istinadla məlumat yayıb.

Sənəddə düşmən dövlətlərin enerji və təchizat zəncirləri üzərində təsir quraraq gələcəkdə Böyük Britaniyaya qarşı sürətli və dağıdıcı addımlar ata biləcəyi qeyd olunur:

“Uzun illərdən sonra ilk dəfə biz Birləşmiş Krallığın ərazisinə birbaşa təhlükə ehtimalını – o cümlədən hərbi ssenarini ciddi şəkildə nəzərə almağa məcburuq”, – deyə strategiyada vurğulanır.

Sənədə ön söz yazan baş nazir Kir Starmer bildirib ki, Avropaya qarşı əsas təhdid Rusiyanın aqressiyasıdır. Onun sözlərinə görə, dünyada geosiyasi rəqabət dərinləşir, texnologiyalar isə münaqişələrin və daxili təhlükəsizliyin təbiətini dəyişir:

“Britaniya torpağında dövləti hədəfə alan düşmən fəaliyyətlər gedir”, – deyə Starmer əlavə edib.

Qiymət Mahir

tag: Britaniya,Hərbi hücum,Dövlət,Birləşmiş Krallıq,Todaypress.tv,