BMT Ukrayna və Rusiyanın atəşkəs qərarlarını alqışlayır

Dünya

06.05.2026 01:10

BMT Ukrayna və Rusiya tərəfindən elan edilmiş son atəşkəs qərarlarını məmnuniyyətlə qarşılayıb.

TodayPress TV xəbər verir ki, bu barədə BMT sözçüsü Stefan Düjarrik Kiyev və Moskva tərəfindən atəşkəs elan edilməsi ilə bağlı sualı cavablandırarkən bildirib.

"Biz Ukraynanın mayın 5-dən 6-na keçən gecə başlayacaq birtərəfli atəşkəs elanını, eləcə də Rusiya Federasiyasının 8 və 9 may tarixlərində tətbiq edəcəyi atəşkəs qərarını alqışlayırıq", - deyə o qeyd edib.

Aysel Mətləb

TodayPress TV

tag: BMT,Atəşkəs,Rusiya,Ukrayna,TodayPress TV,