BMT nümayəndəsi: "Rusiya İraqın daxili işlərinə xaricdən müdaxilənin əleyhinədir"
Dünya
10.06.2025 22:50
"Rusiya İraqın suverenliyini dəstəkləyir və bu ölkənin xarici siyasət çəkişmələri meydanına çevrilməsinə qarşıdır"
TodayPress TV xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.
"Biz İraqın suverenliyinə dəstəyimizi ifadə edirik və ölkənin daxili işlərinə kənardan müdaxiləyə qarşıyıq" ,- o bildirib.
Rusiyalı diplomat həmçinin İraq rəhbərliyinin Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda ölkənin regional böhranlara cəlb olunmasının qarşısını almaq məqsədi daşıyan hərəkətlərini alqışlayıb.
Onun sözlərinə görə, Yaxın Şərqdə ümumi sabitləşmənin açarı Fələstin məsələsinin iki dövlət düsturuna əsasən hamılıqla tanınmış beynəlxalq hüquqi əsasda ədalətli həllidir.
Aynur TAC
tag: BMT, Rusiya, Iraq, Fələstin, todaypress.tv,