Bəhreyn DİN: Əsas yollar zərurət olmadıqca istifadə olunmamalıdır

Bəhreyn DİN: Əsas yollar zərurət olmadıqca istifadə olunmamalıdır
22.06.2025 18:00 Dünya

Bəhreyn Krallığının Daxili İşlər Nazirliyi ölkə vətəndaşlarını əsas avtomobil magistrallarından yalnız zəruri hallarda istifadə etməyə çağırıb.

TodayPress TV xəbər verir ki, bu barədə məlumat Bəhreynin rəsmi informasiya agentliyi tərəfindən yayılıb. 

Bildirilib ki, bu addım yolların müxtəlif dövlət qurumlarının və təxirəsalınmaz xidmətlərin istifadəsi üçün daha səmərəli şəkildə təşkilinə xidmət edir.

Eyni zamanda, yayımlanan məlumatda vurğulanıb ki, “mövcud regional hadisələrə” görə dövlət qurumlarında çalışan əməkdaşların 70 faizi artıq məsafədən işləmək formatına keçirilib.

Qeyd edək ki, Bəhreyn ərazisində ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanması yerləşir.

Qiymət Mahir

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər