Bayraktar: "Nüvə enerjisi Türkiyənin iqtisadi ehtiyacıdır"

Dünya

20.06.2025 15:47

Türkiyənin energetika naziri Alparslan Bayraktar bildirib ki, ölkədə enerji tələbatı hər il ən az 4 faiz artacaq. 

TodayPress TV xəbər verir ki, o, bu fikirləri "Nüvə Enerjisi: Qlobal İnkişafda Enerji Sənayesinin Rolu" panelində səsləndirib.

Bayraktar qeyd edib ki, rəqəmsallaşma, böyük məlumat və süni intellekt enerji ehtiyacını daha da artıracaq. Hazırda Türkiyədə enerjinin üçdə biri kömürdən əldə olunur, lakin yeni layihələrə maliyyə tapmaq çətinləşir.

Nazir əlavə edib ki, təbii qaz siyasiləşib və qiymətlərdəki dəyişikliklər risk yaradır. Su elektrik enerjisi istehsalında isə potensial demək olar ki, tükənib.

O, nüvə enerjisinin bu ehtiyacı qarşıladığını vurğulayıb.

Bayraktar bildirib ki, hazırda inşası davam edən Akkuyu AES-dəki 4 reaktordan əlavə daha 8 reaktora ehtiyac var. Həmçinin 5 giqavatlıq kiçik modul reaktorların da qurulması planlaşdırılır.

Türkan İsgəndərli

tag: Türkiyə,Bayraktar,Enerji,Nüvə,Todaypress.tv,