"Axios": İsrailin zərbələri ABŞ ilə razılaşdırılıb

Dünya

13.06.2025 14:56

İsrailin İran ərazisinə endirdiyi zərbələrdən əvvəl ABŞ ilə məsləhətləşmələr aparılıb. ABŞ bu hücumları dəstəkləməsə də, qarşı çıxmayıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Axios” nəşri İsrailli rəsmilərə istinadla məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, ABŞ zərbələrdən bir neçə saat əvvəl bəzi müttəfiq ölkələri gizli şəkildə xəbərdar edib və İsrailin hücumlarının qaçılmaz olduğunu bildirib. Həmçinin qeyd olunub ki, bu hücumlara Pentaqonun birbaşa əlaqəsi yoxdur.

Məsələ ilə bağlı ABŞ prezidenti Donald Tramp da açıqlama verib. O, İsrailin hücumlarından əvvəl bu barədə məlumatlı olduğunu etiraf edib. Bununla belə, Tramp hücumları tənqid edərək onların Tehranla mümkün razılaşmanı təhlükə altına ata biləcəyini vurğulayıb. Eyni zamanda bildirib ki, ABŞ həm özünü, həm də İsraili İranın cavab hücumlarından qorumağa hazırdır.

Qiymət Mahir

tag: İran,İsrail,ABŞ,Donald Tramp,todaypress.tv,