Avropa iyulda LNG idxalını 37 faiz artırdı

Dünya

02.08.2025 14:45

Avropa iyul ayında mayeləşdirilmiş təbii qaz (LNG) idxalının rekord sürətini yavaşlatsa da, alış rəqəmləri hələ də kifayət qədər yüksəkdir və illik müqayisədə 2024-cü ili xeyli üstələyir.

TodayPress TV TASS-a istinadən xəbər verir ki, bu barədə “Gas Infrastructure Europe” (GIE) assosiasiyasının məlumatında deyilir.

Məlumata görə, iyulda Avropa terminallarından Aİ-nin qaz ötürücü sisteminə LNG axını təqribən 11,3 milyard kubmetr təşkil edib ki, bu da iyun ayı ilə müqayisədə 8 % azdır, amma 2024-cü ilin iyul ayı ilə müqayisədə 37 % çoxdur.

Ümumilikdə bu ilin yanvar-iyul aylarında terminallardan Avropa qaz ötürmə sisteminə LNG tədarükü rekord səviyyədə qalıb və 83 milyard kubmetri keçib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 23 % çoxdur.

Daha əvvəl Beynəlxalq Enerji Agentliyi Avropanın LNG idxalının ilin birinci yarısında tarixi maksimuma çatdığını və 2025-ci il ərzində rekord göstəriciləri qoruya biləcəyini bildirmişdi.

tag: Avropa,LNG,İdxal,Artım,Todaypress.tv,