Avropa "ChatGPT"yə görə iş elanı problemləri ilə üzləşir

Dünya

30.06.2025 18:20

"ChatGPT" kimi süni intellekt alətlərinin iş mühitində geniş tətbiqindən sonra Britaniyada məzunlar və təcrübəsiz kursantlar üçün vakansiyaların sayı 31,9% azalıb. 

TodayPress TV xəbər verir ki, bu statistikanı "Adzuna" iş axtarış platforması təqdim edib.

Mütəxəssislər qeyd edirlər ki, şirkətlər süni intellektin köməyi ilə işçi qüvvəsini azaltmaqla iş proseslərini optimallaşdırır, nəticədə ilk işini axtaranlar üçün imkanlar getdikcə daralır.

Məsələn, "British Telecommunications" şirkəti 2023-cü ildə 40-50 min nəfərlik ixtisar planı ilə çıxış edib. Bu addım da süni intellektin və avtomatlaşdırmanın işçilərə olan tələbi azaltdığını göstərir.

Digər tərəfdən, Massaçusets Texnologiya İnstitutunun (MIT) alimləri tərəfindən aparılan bir təcrübə də diqqətçəkicidir. Onlar dil modellərindən istifadənin koqnitiv funksiyalara mənfi təsirini araşdırıblar. Nəticələr göstərib ki, "ChatGPT" vasitəsilə esse yazan iştirakçılarda beyin fəaliyyəti, öz fikri ilə işləyənlərlə müqayisədə daha zəif olub.

Türkan İsgəndərli

tag: ChatGPT,İş,Süni intellekt,MIT,Todaypress.tv,