Anti-İslam aksiyasında polisi bıçaqlayan əfqan vətəndaşına ömürlük həbs cəzası verildi
Dünya
16.09.2025 18:30
Almaniyanın Ştutqart şəhərindəki Ali Regional Məhkəmə ötən il İslam əleyhinə keçirilən aksiya zamanı insanlara hücum edən 26 yaşlı Əfqanıstan vətəndaşı Süleyman A.-ya ömürlük həbs cəzası verib.
TodayPress TV xəbər verir ki, hadisə 2024-cü ilin may ayı Mannheim şəhərində “Pax Europa” təşkilatının keçirdiyi aksiyada baş verib.
Süleyman A. tədbirdə çıxış edən spikerə və bir neçə iştirakçıya ov bıçağı ilə hücum edib.
Hadisə yerinə gələn polis əməkdaşını da bıçaqlayan şəxs bir zabitin ölümünə səbəb olub, daha beş nəfəri isə yaralayıb.
Məhkəmə onun “xüsusi günah ağırlığı” daşıdığına qərar verib. Bu isə gələcəkdə şərti azadlığa buraxılmasının mümkün olmayacağı deməkdir.
Prokurorlar Süleyman A.-nın İŞİD terror qruplaşmasına rəğbət bəslədiyini bildirsələr də, iş terrorçuluq yox, qətl və ağır bədən xəsarəti törətmək kimi qiymətləndirilib. Hücumdan sonra yaralı halda saxlanılan şəxs xəstəxanadan çıxdıqdan sonra- 2024-cü ilin iyununda həbs olunub və məhkəmə prosesi başladılıb.
Qeyd edək ki, hökmdən apellyasiya şikayəti verilə bilər.
Jalə Rövşən
tag: Əfqan,Anti-islam,Almaniya,Məhkəmə,Todaypress.tv,