Almaniyanın sabiq səhiyyə naziri tennis oynaya bilməyəcək

Dünya

10.06.2025 11:38

Almaniyanın sabiq səhiyyə naziri Karl Lauterbach (SPD) yalnız vəzifəsini deyil, həm də axşamlar Səhiyyə Nazirliyinin zirzəmisində stolüstü tennis oynamaq hüququnu da itirib.

TodayPress TV xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.

Lauterbacha bu imkanı onun varisi – Xristian-Demokrat İttifaqının nümayəndəsi Nina Varken bağlayıb. Daha əvvəl sabiq nazirə binaya daxil olmaq üçün xüsusi icazə verilmişdi, çünki nazirliyin zirzəmisindəki tennis masasını 2023-cü ildə onun 60 illiyi münasibətilə əməkdaşlar hədiyyə etmişdilər.

Lauterbach bildirmişdi ki, uşaqlıqda tennis oynayıb, daha sonra fasilə verib və yalnız Bundestaq üzvü olduqdan sonra idmana qayıdıb. O, hətta fraksiyalararası turnirdə də iştirak etmişdi.

“Axşamlar sakitcə oynayırdım, heç kimə mane olmurdum”, – deyə o bildirib.

Hazırda isə sabiq nazir həmin tennis masasını rəsmi şəkildə nazirliyə qaytarmağa hazırlaşır.

Qiymət Mahir

tag: Almaniya,Sabiq nazir,Tennis,Nazirlik,todaypress.tv,