Almaniya ruslara Şengen vizası almağı çətinləşdirir

Dünya

12.09.2025 14:47

Almaniya hökuməti Avropa İttifaqının yeni sanksiyaları çərçivəsində Rusiya vətəndaşlarına Şengen vizalarının verilməsini çətinləşdirmək istəyir. 

TodayPress TV xəbər verir ki, bu barədə "Tagesschau" məlumat yayıb.

Məqsəd Aİ-nin 2022-ci ildə verdiyi tövsiyələrin tam icrasını təmin etməkdir. Bu tövsiyələrə görə, ruslara turist vizalarının verilməsi azaldılmalıdır.

2024-cü ildə ruslara Aİ və Şengen ölkələrinə, o cümlədən İsveçrəyə səyahət üçün təxminən 542 min qısamüddətli viza verilib. Bu, ötən illə müqayisədə 20% çox olsa da, pandemiyadan əvvəlki dövrlə müqayisədə hələ də azdır.

Almaniya isə bu il ruslara təxminən 27.300 Şengen vizası və əlavə olaraq 11.300 uzunmüddətli milli viza verib. Bunlar əsasən təhsil və iş üçün nəzərdə tutulub.

Qeyd edək ki, Şengen zonası 29 ölkədən ibarətdir və burada insanlar sərbəst hərəkət edə bilirlər. Lakin bəzi ölkələr, xüsusilə Baltikyanı və Skandinaviya ölkələri, həmçinin Polşa, Rusiya vətəndaşlarına qarşı əlavə məhdudiyyətlər tətbiq edib. 

Türkan İsgəndərli

TodayPress TV

tag: Aİ,Almaniya,Şengen,Viza,Todaypress.tv,