Almaniya Polşa ilə sərhədə qırıcılar göndərəcək

Dünya

12.09.2025 19:15

Almaniya Polşa ərazisindəki son dron insidentindən sonra təhlükəsizlik tədbiri olaraq iki çoxməqsədli “Eurofighter” qırıcısını Polşa ilə sərhədə yerləşdirməyə hazırlaşır.

TodayPress TV xəbər verir ki, bu barədə "Wall Street Journal" məlumat yayıb.

Belə ki, 10 sentyabrda Polşa hava məkanında 23 pilotsuz uçuş aparatı (PUA) vurulub. Baş nazir Donald Tusk bu hücumda Rusiyanı ittiham edib və NATO-nun 4-cü maddəsi çərçivəsində müttəfiqlərlə təcili məsləhətləşmələr tələb edib.

Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas və Ukrayna Prezidenti Volodimir Zelenski də Rusiya tərəfindən pilotsuz təyyarələrin Polşaya göndərildiyini bildirib.

Hadisədən sonra Qərb ölkələri və Ukrayna Rusiyaya qarşı sanksiyaların artırılmasına çağırıb. Polşa isə NATO müttəfiqlərindən hava hücumundan müdafiə sistemləri və PUA texnologiyalarında dəstək istəyib.

Türkan İsgəndərli

TodayPress TV

tag: Almaniya,Polşa,Dron,Aİ,Todaypress.tv,