Aİ Rusiyaya qarşı sanksiyalarla bağlı Slovakiya ilə danışacaq

Dünya

02.07.2025 10:11

Avropa Komissiyası 18-ci anti-Rusiya sanksiyalar paketi ilə bağlı danışıqlar aparmaq üçün iyulun 3-ü Slovakiyaya nümayəndə heyəti göndərəcək. 

TodayPress TV xəbər verir ki, bu barədə "Politico" Avropa İttifaqından olan diplomatik mənbəyə istinadən məlumat yayıb.

Buna səbəb Slovakiyanın sözügedən sanksiyalar paketinin qəbuluna müqavimət göstərməsidir. Belə ki, Slovakiya 18-ci paketin təsdiqlənməsinə qaz tranziti və iqtisadi itkilərlə bağlı narahatlıqlar səbəbilə əngəl törədib.

Xatırladaq ki, Slovakiyanın Baş naziri Robert Fiko iyulun 1-də İspaniya Baş naziri Pedro Sançeslə telefon danışığı zamanı bildirib ki, Rusiyadan qaz idxalının dayanması halında maliyyə və enerji təminatına dair konkret təminatlar olmadığı müddətdə sanksiyalar paketini bloklayacaq.

Türkan İsgəndərli

tag: AK,Rusiya,Slovakiya,Sanksiya,Todaypress.tv,