Aİ Rusiya qazının idxalından həmişəlik imtina etmək istəyir

Dünya

05.09.2025 15:17

Avropa İttifaqına (Aİ) üzv ölkələr, eləcə də Avropa Parlamentinin üzvləri Rusiya qazının alınmasına qadağa qoyulması təklifini müzakirə edirlər. 

TodayPress TV xəbər verir ki, bu barədə enerji məsələləri üzrə Avropa komissarı Den Yorgensen mətbuat konfransında məlumat verib. 

O qeyd edib ki, regional birlik dərhal Rusiya Federasiyasından enerji asılılığını azaltmaq üçün həll yolları tapmalıdır. 

"Rusiya qazının idxalına qadağa qoyulması ilə bağlı aylar əvvəl irəli sürdüyüm təklif Avropa Parlamentində və üzv dövlətlər tərəfindən müzakirə olunur", - deyə Yorgensen vurğulayıb. 

O, həmçinin əlavə edib ki, Aİ-yə üzv ölkələr Rusiyadan qaz almaqdan həmişəlik imtina etməlidir. Komissarın sözlərinə görə, sanksiyalar Ukrayna üzrə sülh sazişi bağlandıqdan sonra da qüvvədə qalmalıdır. 

Aysel Mətləb

TodayPress TV

tag: Aİ,Qaz,Rusiya,Qadağa,Todaypress.tv,