Aİ-nin 18-ci sanksiyalar paketi razılaşdırılmadı

Dünya

15.07.2025 17:03

Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri, Brüsseldə keçirilən iclasda Rusiyaya qarşı 18-ci sanksiyalar paketi ilə bağlı razılığa gələ bilməyiblər. 

TodayPress TV xəbər verir ki, bu barədə görüşdə iştirak edən Macarıstanın xarici işlər naziri Peter Siyarto məlumat verib. 

Onun sözlərinə görə, paketin qəbuluna əsas əngəl Slovakiyadır. Slovakiya, 2028-ci ilin əvvəlinə qədər Rusiya nefti və qazından imtina etmək planı ilə bağlı Avropa Komissiyasından enerji təchizatı zəmanətləri tələb edir.

Macarıstan da Slovakiyanın mövqeyini dəstəklədiyini açıqlayıb. Siyarto, Komissiyanın təklif etdiyi təminatların kifayət edib-etmədiyi ilə bağlı qiymət verməkdən imtina edib, məsələnin Slovakiya tərəfindən dəyərləndiriləcəyini vurğulayıb.

Türkan İsgəndərli

tag: Aİ,Rusiya,Sanksiya,Macarıstan,Todaypress.tv,