ABŞ Venesuelanın ikinci narkotik gəmisini vurdu, üç nəfər öldü
Dünya
16.09.2025 16:59
ABŞ Prezidenti Donald Tramp, ABŞ ordusunun beynəlxalq sularda narkotik daşıdığı iddia edilən ikinci Venesuela gəmisini vurduğunu açıqlayıb.
TodayPress TV xəbər verir ki, onun sözlərinə görə, hücum nəticəsində 3 nəfər ölüb.
Tramp bildirib ki, hücum onun əmri ilə həyata keçirilib və hədəf "narkoterrorçular" olub.
Qeyd edək ki, bu, ABŞ ordusunun Venesuela sularında son günlərdə həyata keçirdiyi ikinci hücumdur. İlk hücumda 11 nəfər ölmüşdü. Tramp hər iki halda "Tren de Aragua" adlı narkotik qrupunu məsul tutub və onların Maduro hökuməti ilə əlaqəli olduğunu iddia edib.
Venesuela hökuməti isə iddiaları rədd edib.
Onlar bu hücumları "mülki şəxslərə qarşı hərbi cinayət" və ABŞ-nin "Venesuelaya qarşı təhrikedici addımı" kimi qiymətləndirib.
Jalə Rövşən
tag: ABŞ,venesuala,Gəmi,Ölüm,Todaypress.tv,