ABŞ universitetləri maliyyə axtarışında

Dünya

27.06.2025 17:10

Ən aparıcı ABŞ universitetləri ölkə prezidenti Donald Tramp administrasiyasının federal qrantlarda kəskin ixtisar aparması səbəbindən texnoloji və farmasevtik şirkətlərdən maliyyə dəstəyi almağa çalışır.

TodayPress TV xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Məqalədə bildirilib ki, danışıqlar hələ ilkin mərhələdədir və rəsmi sazişlər bağlanmayıb.

Məsələn, Harvard T. H. Chan Tibb Məktəbi federal büdcənin 70‑dən çox faizini qrantlardan əldə edib. İndi isə bu maliyyə demək olar ki, tam itirilib və bu il üçün nəzərdə tutulan 200 milyon dollar hədəfinə çatmaq mümkün olmayıb. Məktəb rəhbərliyi bu vəziyyətdən çıxmaq üçün professor və məzun şəbəkələri ilə əlaqə qurur və artıq ixtisarlara başlayıb.

Eyni zamanda, Nyu-York Universiteti "Meta", "Google" və "Microsoft" kimi şirkətlərlə əməkdaşlıq edir və digər texnoloji firmalarla da əlaqələr qurmağa çalışır. Hazırda tədqiqat fondlarının cəmi 5 %-i özəl sektordan təmin olunur.

Bu proses yüksək səviyyəli universitetlərdə elmi fəaliyyətin siyasi və ideoloji təsirə məruz qalmasının səbəbi ilə baş verib.

Töhfə Səməd

tag: ABŞ ,Universitet,Qrant,Özəl,Maliyyə,Todaypress.tv,