ABŞ Avropadakı qoşunlarını azalda bilər

Dünya

03.07.2025 10:43

ABŞ prezidenti Donald Trampın mümkün qərarına uyğun olaraq, Avropadakı NATO müttəfiqləri qitədə yerləşdirilmiş Amerika qoşunlarının sayının azaldılmasına fərdi şəkildə hazırlaşmağa başlayıblar.

TodayPress TV xəbər verir ki, bu barədə "Euractiv" məlumat yayıb.

Bildirilir ki, hazırda Avropada təxminən 80 min ABŞ hərbçisi yerləşir. Vaşinqton bu qüvvələrin 10-20 minini Asiya və Yaxın Şərqə yönləndirməyi nəzərdən keçirir.

NATO daxilində bu qərarın artıq gözlənildiyi və bunun üçün hazırlıq işlərinin başlandığı bildirilir. Bu planlar Donald Trampın prezidentliyi dövründə ABŞ-nin Avropadakı hərbi iştirakına daha çox maliyyə və siyasi nəzarət tələb etməsi fonunda gündəmə gəlib. Müttəfiq ölkələr isə belə bir dəyişiklik halında Avropanın müdafiə qabiliyyətinə təsirin minimuma endirilməsinə çalışırlar.

Türkan İsgəndərli

tag: ABŞ,Tramp,Avropa,Hərbi,Todaypress.tv,