ABŞ UNESCO-dan çıxır
Dünya
22.07.2025 16:39
Amerika Birləşmiş Ştatları (ABŞ) BMT-nin Təhsil, Elm və Mədəniyyət Agentliyi olan UNESCO-dan çıxmaq qərarına gəlib.
TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
ABŞ Dövlət Departamentinin açıqlamasına görə, ölkənin təşkilatdan rəsmi çıxışı 31 dekabr 2026-cı ildə baş tutacaq. Məlumata əsasən, qərar artıq UNESCO rəhbərliyinə çatdırılıb.
Dövlət Departamenti qeyd edib ki, UNESCO-ya üzvlük ABŞ-nin milli maraqlarına cavab vermir.
Qeyd edək ki, bu, ABŞ-nin UNESCO ilə münasibətlərində ilk gərginlik deyil. Vaşinqton daha əvvəl də təşkilatdan çıxmış və maliyyə ödənişlərini dayandırmışdı.
Türkan İsgəndərli
***
14:26
ABŞ Prezidenti Donald Tramp ölkəsini UNESCO-dan çıxarmağı planlaşdırır.
TodayPress TV xəbər verir ki, bu barədə "The New York Post" məlumat yayıb.
Bildirilib ki, buna səbəb təşkilatın anti-Amerika yönümlü addımlarıdır.
Töhfə Səməd
tag: ABŞ ,Donald Tramp,UNESCO,Todaypress.tv,