ABŞ Ukraynaya hərbi yardımı təsdiqlədi

Dünya

25.07.2025 12:25

ABŞ Dövlət Departamenti Ukraynaya 330 milyon dollar məbləğində hərbi texnika və xidmətlərin satışına icazə verib.  

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-nin Müdafiə Təhlükəsizliyi və Əməkdaşlıq Agentliyi (DSCA) yazılı açıqlama ilə məlumat yayıb. 

Məlumata görə, satış paketinin məqsədi Ukraynanın hava hücumundan müdafiə və zirehli texnika üzrə müdafiə qabiliyyətini gücləndirməkdir.  

Bəyanatda Ukraynanın mövcud hərbi aktivlərinin 180 milyon dollar dəyərində satışı yer alıb.

Bildirilib ki,  ABŞ istehsalı olan hava hücumundan müdafiə sistemlərinin saxlanılması və yenilənməsi, eyni zamanda bu sistemlərdən istifadə edəcək şəxsi heyətin hazırlanması üçün dəstək göstəriləcək.

Bundan əlavə, ABŞ istehsalı olan “M109” haubitsalarının texniki xidməti, təmiri və modernləşdirilməsi 150 milyon dollarlıq satışla həyata keçiriləcək. 

DSCA-nın bəyanatına görə, bu silah və texnika satışı Ukraynanın cari və gələcək təhlükələrə qarşı özünü müdafiə etmə qabiliyyətini artıracaq. Eyni zamanda ABŞ Konqresinə də məsələ ilə bağlı rəsmi bildiriş göndərilib. 

 Aysel Mətləb

tag: ABŞ,Ukrayna,Hərbi,Yardım,Todaypress.tv,