Harvard Universiteti Trampı məhkəməyə verdi
Dünya
23.05.2025 17:16
Harvard Universiteti ABŞ prezidenti Donald Trampın administrasiyasını məhkəməyə verib.
TodayPress TV xəbər verir ki, bu barədə "The New York Times" nəşri məlumat yayıb.
Səbəb xarici tələbələrin ali məktəblərdə təhsil almasına qoyulan qadağadır.
Universitetin prezidenti Alan Qarber məsələ ilə bağlı açıqlamasında bildirib:
“Biz bu qanunsuz və əsassız qərarı qəti şəkildə pisləyirik. Bu addım minlərlə Harvard tələbəsinin və tədqiqatçısının gələcəyini təhlükə altına atır, ABŞ-yə bilik və arzular uğrunda gələnlərə isə narahatedici siqnal verir” deyə o vurğulayıb.
Məhkəmə iddiasında universitet Tramp administrasiyasını, ABŞ Konstitusiyasının Birinci Dəyişikliklə təmin edilmiş hüquqları həyata keçirdiyinə görə Harvardı cəzalandırmağa çalışmaqda ittiham edir.
Töhfə Səməd
tag: Harvard Universiteti ,ABŞ ,Donald Tramp,Məhkəmə,todaypress.tv,