ABŞ Ukrayna miqrantlarına xüsusi münasibətdən imtina etdi
Dünya
14.06.2025 18:30
Ukraynalı miqrantlar artıq ABŞ hökumətindən əvvəlki kimi imtiyaz və fərqli yanaşma görmürlər.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin üzvü Natalya Nikonorova “TASS” agentliyinə açıqlama verib.
Onun sözlərinə görə, Vaşinqton administrasiyası Ukraynalıları artıq ayrıca qrup kimi nəzərdən keçirmir.
“Əvvəllər bəzi istisnalar və korrektələr dost ölkələrə münasibətdə tətbiq olunurdu, amma indi ukraynalılar sadəcə ümumi miqrant siyahısına düşürlər – Ağ Ev üçün artıq ayrıca maraq daşımırlar”, – deyə senator bildirib.
Nikonorova əlavə edib ki, ukraynalıların əvvəlki “xüsusi statusu” Ağ Evin müəyyən dövr üçün qurduğu strategiyanın tərkib hissəsi olub və bu yanaşma artıq dəyişib.
Qiymət Mahir
tag: Ukrayna,ABŞ,Rusiya,Miqrant,Todaypress.tv,